“Azər-Türk Bank”ın xalis mənfəəti 4 dəfə artıb

“Azər-Türk Bank”ın xalis mənfəəti 4 dəfə artıb “Azər-Türk Bank” ASC 2019-ci ili 603 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
31 Yanvar , 2020 14:39
“Azər-Türk Bank”ın xalis mənfəəti 4 dəfə artıb

“Azər-Türk Bank” ASC 2019-ci ili 603 min manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 3,6 dəfə çoxdur.

Ötən il “Azər-Türk Bank”ın gəlirləri 32,182 milyon manat (illik müqayisədə 12,1% çox), xərcləri 29,634 milyon manat (0,8% az), xüsusi ehtiyatlara ayırmaları 1,494 milyon manat (əvvəlki il qənaət edib), mənfəət vergisi ödəmələri isə 451 min manat (4,1 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azər-Türk Bank”ın aktivləri 347,718 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,1% azdır. Bunun 178,395 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 8,2% böyüyüb.

Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 7,2% azalaraq 292,118 milyon manata, o cümlədən depozit portfeli 12% azalaraq 180,284 milyon manata, balans kapitalı isə 0,4% artaraq 55,6 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi