“Azər-Türk Bank” ötən ili mənfəətlə başa vurub

“Azər-Türk Bank” ötən ili mənfəətlə başa vurub “Azər-Türk Bank” ASC 2020-ci ili 423 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
28 Yanvar , 2021 18:16
“Azər-Türk Bank” ötən ili mənfəətlə başa vurub

“Azər-Türk Bank” ASC 2020-ci ili 423 min manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 29,9 % azdır.

Ötən il “Azər-Türk Bank”ın gəlirləri 31,027 milyon manat (illik müqayisədə 3,6 % az), xərcləri 30,194 milyon manat (1,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 10 min manat (99,3 % az), mənfəət vergisi ödəmələri isə 400 min manat (11,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azər-Türk Bank”ın aktivləri 359,207 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,3 % çoxdur. Bunun 160,248 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 10,2 % kiçilib.

Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 3,8 % artaraq 303,296 milyon manat, o cümlədən depozit portfeli 0,2 % azalaraq 179,94 milyon manat, balans kapitalı isə 0,6 % artaraq 55,911 milyon manat olub.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi