“Azər-Türk Bank”ın mənfəəti 38% artıb

“Azər-Türk Bank”ın mənfəəti 38% artıb Bank bu ilin I rübünü 520 min manat mənfəətlə başa vurub
Maliyyə
16 Aprel , 2021 11:58
“Azər-Türk Bank”ın mənfəəti 38% artıb

“Azər-Türk Bank” ASC bu ilin I rübünü 520 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 38,3% çoxdur.

Yanvar-mart aylarında “Azər-Türk Bank”ın gəlirləri 6,93 milyon manat (illik müqayisədə 9,2% az), xərcləri 6,298 milyon manat (15,1% az), xüsusi ehtiyatlara ayırmaları 112 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Azər-Türk Bank”ın aktivləri 330,579 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,3% azdır. Bunun 155,11 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4% kiçilib.

Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 2,8% azalaraq 274,226 milyon manata, o cümlədən depozit portfeli 15,4% azalaraq 159,948 milyon manata düşüb, balans kapitalı isə 0,6% artaraq 56,353 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi