“Azər-Türk Bank”ın mənfəəti 2 dəfədən çox artıb

“Azər-Türk Bank”ın mənfəəti 2 dəfədən çox artıb “Azər-Türk Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 336,009 milyon manat təşkil edib.
Maliyyə
26 İyul , 2019 12:29
“Azər-Türk Bank”ın mənfəəti 2 dəfədən çox artıb

“Azər-Türk Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 336,009 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 7,1% çoxdur.

“Azər-Türk Bank”ın aktivlərinin 159,011 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 19,4% böyüyüb.

Hesabat dövründə “Azər-Türk Bank”ın cəmi öhdəlikləri 8,8% artaraq 281,908 milyon manata, o cümlədən depozit portfeli 21,8% artaraq 179,554 milyon manata çatıb, cəmi kapitalı isə 0,9% azalaraq 54,101 milyon manata düşüb.

Bu ilin yanvar-iyun aylarında “Azər-Türk Bank”ın gəlirləri 15,556 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 17,7% çox), xərcləri 14,936 milyon manat (7,6% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 154 min manat (84,8% az) təşkil edib. Son nəticədə Bank I yarımili 774 min manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 2,2 dəfə çoxdur.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi