"Azər-Türk Bank"ın aktivləri 29% azalıb

"Azər-Türk Bank"ın aktivləri 29% azalıb Bakı. 18 yanvar. REPORT.AZ/ “Azər-Türk Bank” ASC-nin aktivləri illik müqayisədə 28,6% azalaraq 2018-ci il yanvarın 1-nə 335,157 mln. manat təşkil edib. Hesabat ilində kredit portfeli 19,8% azalaraq 119,681 mln. manata enib.
Maliyyə
18 Yanvar , 2018 16:09
Azər-Türk Bankın aktivləri 29% azalıb

Bakı. 18 yanvar. REPORT.AZ/ “Azər-Türk Bank” ASC-nin aktivləri illik müqayisədə 28,6% azalaraq 2018-ci il yanvarın 1-nə 335,157 mln. manat təşkil edib. Hesabat ilində kredit portfeli 19,8% azalaraq 119,681 mln. manata enib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri illik 32,4% azalaraq 280,702 mln. manat olub. Bunun 60,01 mln. manatı banklar və maliyyə müəssisələri qarşısında öhdəliklər, 218,307 mln. manatı müştəri hesabları, 302,448 mln. manatı mənfəət vergisi üzrə öhdəliklər, 2,082 mln. manatı digər öhdəliklərdir.

2018-ci il yanvarın 1-nə Bankın nizamnamə kapitalı 50 mln. manat, məcmu kapitalı 54,455 mln. manat təşkil edib.

"Azər-Türk Bank"ın xalis mənfəəti 2017-ci ildə əvvəlki illə müqayisədə 6,4 dəfə azalıb. Belə ki, Bank ötən il 1,144 mln. manat həcmində xalis mənfəət əldə edib. Mənfəət vergisi xərcindən əvvəl isə mənfəət 1,446 mln. manat təşkil edib. Hesabat ilində Bankın əməliyyat gəlirləri 19,105 mln. manat, inzibati xərcləri 17,658 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi