Bakı. 18 aprel. REPORT.AZ/ "Azər-Türk Bank"ASC-nin aktivləri bu ilin əvvəlindən 38,5% azalaraq 2017-ci il aprelin 1-nə 288,9 mln. manat təşkil edib.
"Report" bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Bu müddətdə müştərilərə verilən kreditlərin həcmi 6,2% azalaraq 140,1 mln. manata enib.
Hesabat dövründə cəmi öhdəliklər də 43,8% azalaraq aprelin 1-nə 233,2 mln. manat olub. Müştəri hesabları 29,4% azalaraq 187,9 mln. manat təşkil edib. Nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat həcmində qalıb.
Bank birinci rübdə 1 064 552 manat həcmində xalis mənfəət əldə edib. Bu müddətdə xalis faiz gəlirləri 3 369 220 manat, xalis qeyri-faiz gəlirləri 2 063 433 manat olub.
Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank International"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.