"Azər-Türk Bank" əmək haqqı kartlarının sahiblərinə faizsiz kredit xətti təklif edir

"Azər-Türk Bank" əmək haqqı kartlarının sahiblərinə faizsiz kredit xətti təklif edir Bakı. 23 oktyabr. REPORT.AZ/ Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank ən əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir.
Maliyyə
23 Oktyabr , 2018 14:22
Azər-Türk Bank əmək haqqı kartlarının sahiblərinə faizsiz kredit xətti təklif edir

Bakı. 23 oktyabr. REPORT.AZ/ Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank ən əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir.

Bankın mətbuat xidmətindən aldığımız məlumata görə, Azər Türk Bank əməkhaqqı kartı sahibi olan müştəriləri üçün avans kredit xəttinin ayrılması barədə qərar verib. Belə ki, kart sahibləri götürəcəkləri məbləğin 8%-i həcmində birdəfəlik xidmət haqqı ödəməklə, 500 manatadək kredit xətti əldə edə biləcəklər.

Kredit xətti bir il müddətinə ayrılır və əməkhaqqı kartına daxil olan vəsait hesabına faiz tutulmadan ödənilir.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi