“Azər-Türk Bank” bu ilin 9 ayını mənfəətlə başa vurub

“Azər-Türk Bank” bu ilin 9 ayını mənfəətlə başa vurub “Azər-Türk Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 89 min manat mənfəətlə başa vurub.
Maliyyə
24 Oktyabr , 2020 12:33
“Azər-Türk Bank” bu ilin 9 ayını mənfəətlə başa vurub

“Azər-Türk Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 89 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 86,8% və yaxud 7,55 dəfə azdır.

9 ay ərzində “Azər-Türk Bank”ın gəlirləri 22,847 milyon manat (illik müqayisədə 3,7% az), xərcləri 22,141 milyon manat (2,5% az), xüsusi ehtiyatlara ayırmaları 616 min manat (87,2% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Azər-Türk Bank”ın aktivləri 351,04 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır. Bunun 160,065 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,3% kiçilib.

Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 0,3% azalaraq 295,184 milyon manata, o cümlədən depozit portfeli 10,9% azalaraq 164,634 milyon manata düşüb, balans kapitalı isə 0,2% artaraq 55,856 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4%-i Türkiyənin "Zıraat Bank"ına, 1,1%-i "Zıraat Bank İnternational"a, 6,5%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi