Azər Bayramov: “Tələbələrin təhsil haqqının ödənilməsinə əlavə 13 milyon manat yönəldilib”

Azər Bayramov: “Tələbələrin təhsil haqqının ödənilməsinə əlavə 13 milyon manat yönəldilib” “Azərbaycanda tələbələrin təhsil haqqının ödənilməsi üçün dövlət büdcəsindən əlavə 40 milyon manat vəsait ayrılıb. 2019-2020-ci tədris ilinin II semestri ilə əlaqədar artıq 13 milyon manata yaxın vəsait bu istiqamətə yönəldilib”.
Maliyyə
335
6 Avqust , 2020 12:38
Azər Bayramov: “Tələbələrin təhsil haqqının ödənilməsinə əlavə 13 milyon manat yönəldilib”

“Azərbaycanda tələbələrin təhsil haqqının ödənilməsi üçün dövlət büdcəsindən əlavə 40 milyon manat vəsait ayrılıb. 2019-2020-ci tədris ilinin II semestri ilə əlaqədar artıq 13 milyon manata yaxın vəsait bu istiqamətə yönəldilib”.

“Report” xəbər verir ki, bunu Maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, ali məktəblərdə ödənişli təhsil alan, sosial həssas qrupa daxil olan tələbələrin sayının artması vacib amildir: “Burada konkret meyarlar müəyyən olunmalıdır. Yəqin ki, Təhsil Nazirliyi ilə birlikdə bu məsələyə baxarıq”.

Orphus sistemi