Azəbaycanlılar xaricdə bu il 1 mlrd. dollardan çox pul xərcləyiblər

Azəbaycanlılar xaricdə bu il 1 mlrd. dollardan çox pul xərcləyiblər Bakı. 17 dekabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı turizm xidmәtlәrinin dövriyyәsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artaraq 4,6 mlrd. dollar tәşkil edib.
Maliyyə
17 Dekabr , 2018 12:42
Azəbaycanlılar xaricdə bu il 1 mlrd. dollardan çox pul xərcləyiblər

Bakı. 17 dekabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı turizm xidmәtlәrinin dövriyyәsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artaraq 4,6 mlrd. dollar tәşkil edib.

"Report.az" Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-sentyabr ayları üçün tədiyyə balansına istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında turizm xidmәtlәri üzrә profisit ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8% artaraq 370,3 mln. dollar (2017-ci ilin müvafiq dövründә 331,2 mln. dollar) tәşkil edir (2018-ci ilin yanvar-sentyabr ayları әrzindә Azәrbaycana gәlәn xarici vәtәndaşların sayı 6% artıb).

Öz növbәsindә xarici ölkәlәr tәrәfindәn Azәrbaycan rezidentlәrinә turizmlә bağlı göstәrilәn xidmәtlәrin dәyәri 1,3 mlrd. dollar mәblәğindә olub. Bunun 79%-i Azәrbaycan vәtәndaşlarının şәxsi sәfәrlәri ilә bağlı xarici ölkәlәrdә olarkәn sәrf etdiklәri vәsaitlәrin (mәkik idxal üçün vәsaitlәr istisna olmaqla) payına düşür. 

Son xəbərlər

Orphus sistemi