Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun səlahiyyət müddəti başa çatıb

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun səlahiyyət müddəti başa çatıb Bu, “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş dəyişikliklə bağlıdır
Maliyyə
1 Avqust , 2017 15:46
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun səlahiyyət müddəti başa çatıb

Bakı. 1 avqust. REPORT.AZ/ “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş dəyişikliyə görə mənim 10 illik səlahiyyət müddətim başa çatıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib. 

O, bundan sonrakı fəaliyyəti ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Vüqar Rafik oğlu Abdullayevin ADIF-in icraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Fonda icraçı direktor təyin olunana qədər bu vəzifənin icrası ona həvalə edilib. 

Son xəbərlər

Orphus sistemi