"AXA Turkey": Bu il əlavə tibbi sığorta paketi alanların sayı 700 minə çatacaq

Maliyyə
  • 21 iyun, 2024
  • 07:28
AXA Turkey: Bu il əlavə tibbi sığorta paketi alanların sayı 700 minə çatacaq

Bu il Türkiyədə əlavə tibbi sığorta paketi alanların ümumi sayı 700 minə çatacaq.

"Report" xəbər verir ki, bunu Fransanın sığorta nəhəngi - "AXA Group"un Türkiyədəki törəməsinin ("AXA Turkey") İdarə Heyətinin üzvü Sanem Çingay Buçukoğlu Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunun ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) 2-ci günündə - "Tibbi sığorta - müştərilər üçün əlçatan, təminatçılar üçün davamlı" mövzusunda işgüzar seminarda bildirib.

"Türkiyədə tibbi sığorta bazarı yüksək artım potensialı göstərir. Son məlumatlara görə, ölkədə tibbi xərclərdə sığorta şirkətlərinin payı cəmi 5 % təşkil edir. 2013-cü ildən 2021-ci ilə qədər tibbi sığorta bazarı ildə orta hesabla 17 % böyüyüb. 2022-ci ildə ümumi səhiyyə xərcləri 606,8 milyard türk lirəsinə çatıb ki, bu da 2021-ci illə müqayisədə 71 % çoxdur. Ölkənin "Health Ambition" planı faktiki, iddialı və strateji olmaqla 3 ssenarini əhatə edir, sığortalananların sayının müxtəlif artım sürətlərini göstərir", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti