“AXA Mbask” “Ziraat Bank (Azerbaijan)”la əməkdaşlığa başlayıb

“AXA Mbask” “Ziraat Bank (Azerbaijan)”la əməkdaşlığa başlayıb Bakı. 17 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta ödənişlərinin nağdsız həyata keçirilməsi barədə ötən il qəbul et...
Maliyyə
17 Avqust , 2017 09:33
“AXA Mbask” “Ziraat Bank (Azerbaijan)”la əməkdaşlığa başlayıb

Bakı. 17 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta ödənişlərinin nağdsız həyata keçirilməsi barədə ötən il qəbul etdiyi qərara uyğun olaraq, “AXA Mbask” Sığorta Şirkəti və “Ziraat Bank (Azerbaijan)” ASC-lər ödəniş prosesinin avtomatlaşdırılması sahəsində əməkdaşlıq etməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “AXA Mbask”ın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, sığirta şirkətinin ödənişlərinin toplu halda həyata keçirilməsi üçün tərəfdaş bank yeni həll yolu hazırlayıb. Yeniliyin tətbiqi üçün iki maliyyə qurumunun sistemləri inteqrasiya edilib. Ödəniş sənədləri elektron imza ilə təsdiqlənərək bankın sisteminə toplu halda ötürülür və “AXA Mbask”dan daxil olan “Toplu Ödəniş” təlimatı ilə “Ziraat Bank (Azerbaijan)” ödənişi onlayn rejimdə icra edir. “Toplu Ödəniş” sayəsində hər iki tərəf həm vaxta qənaət edir, həm də müştəri məmnuniyyəti artır.

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

"Zıraat Bank (Azerbaijan)" isə 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 50 min səhm əsasında formalaşıb. Səhmlərin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi