Avşar Gürdal: "Azərbaycanda ev təsərrüfatlarının 30 %-i rəqəmsallaşıb"
- 06 noyabr, 2023
- 07:55
Yeniliklərdən dərhal xəbərdar olun!
“Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal “Report”a müsahibə verib. O, müsahibəsində təmsil etdiyi qurumun Azərbaycanla bağlı proqnozları, layihələri haqqında məlumat verib.
Həmin müsahibəni təqdim edirik.
- Avşar bəy, artıq 2023-cü il yekunlaşmaq üzrədir. İlk olaraq bitməkdə olan bu ildə Azərbaycanda fəaliyyətinizi dəyərləndirməyinizi istəyərdik.
- 2023-cü il rəqəmsallaşma baxımından çox önəmli bir il idi. Bildiyiniz kimi, ötən il biz mobil ödəmə həllərini təqdim etdik. Bura həm də “GooglePay” və “ApplePAy” ödəniş xidmətlərinin aktivləşməsi də daxildir. Əslində bu addım iqtisadiyyatın rəqəmsallaşması baxımından nəzərə çarpan sıçrayışdır. Bu gün artıq Azərbaycanda ev təsərrüfatları üzrə ödəmələrin 30 %-ni rəqəmsallaşdırılıb. Bu il həm də “MasterPass” elektron pul kisələrinin də elektron ticarətdə tətbiqi anlamında önəmli addım sayılır. Həmçinin “Tap on Phone” həllərinin genişlənməsi baxımından da başa çatmaqda olan il çox böyük əhəmiyyət kəsb etdi.
Əslində bütün bunları bir sıraya qoyduqda görürük ki, onlar iqtisadiyyatın 30 % civarında rəqəmsallaşması üçün əsas təsiredici vasitə oldu. Buna görə də biz 2023-cü ili uğurlu il kimi dəyərləndiririk və 2024-cü ili isə bir bu qədər həyəcanla gözləyirik.
- Son illər fintexlər qlobal maliyyə və texnologiya bazarında payını əhəmiyyətli dərəcədə artırır. Bu baxımdan Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz?
- Əslində Azərbaycanda da fintex qanunvericiliyi ilə bağlı önəmli və sürətli addımlar atılır. İndi bizə fintexlərin istehlak və ticarət sahəsində fəaliyyəti məlumdur. İstehlakçı tərəfində, əslində təqdim etdikləri ən böyük dəyər nümunəsi hələ bankçılıq ekosisteminə girməmiş istehlakçıların və rəqəmsal iqtisadiyyata dair olmalarının təmin edir. Telekommunikasiya şirkətləri, bələdiyyələr, bazar və müxtəlif iş yerləri əslində qeyri-bank institutları kimi təqdim etdiyimiz bu fintexlər iqtisadiyyatın rəqəmsallaşmasında hazırda rəqəmsal iqtisadiyyata daxil olmamış kütlələrin də sistemə girməsi surəti ilə çox önəmli bir hərəkətverici gücdür.
Dünyada böyük bir sıçrayış var və Azərbaycanda da bunun sürətlənərək rəqabəti artıran, istehlakçının aldığı dəyər təkliflərini artıran önəmli bir sürətləndirən güc olacağına inanırıq və özləri ilə də çox yaxından təmaslardayıq.
- Hansı sahələrdə nağdsız ödənişlərlə bağlı yeni layihələrin həyata keçirilməsini planlaşdırırsınız?
- Bizim birinci diqqət yetirdiyimiz məqam kart ixracı tərəfində istehlakçıların dəyərləndirmələrinin artmasına nail olmaqdır. Əslində mobil, təmassız ödəmələrin sürətlənməsinə diqqət yetiririk. Bu çərçivədə istehlakçıların aldığı faydaları artıracaq, onların yeni faydalara çatmasına şərait yaradacaq restoran, geyim, kino kimi bir çox sektorda endirim və faydaları ala biləcəkləri bir sıra proqramları sürətlə təqdim edəcəyik.
İstehlakçıların rəqəmsal karta sahib olaraq alış-veriş etmək imkanları yaradacaq maliyyə və rəqəmsal həlləri həyata keçirmək bizim əsas məqsədimizdir.
Kartın qəbulu tərəfindən də bir sıra addımlar atmaq istəyirik. Elektron ticarətdə kart qəbulunu sürətləndirəcək, Azərbaycanın elektron ticarət bazarını böyüdəcək “MasterPass” həllərinə də önəmli investisiyaları artırmağı düşünürük. Eyni həllər həmçinin kartdan karta pul köçürmələrini asanlaşdıracaq. Yəni artıq kimsə digərinin 16 rəqəmli kart nömrəsini bilməsə belə onun mobil telefon nömrəsinə pul göndərə biləcək. Bunun üçün lazım olan yalnız telefondakı əlaqə vasitələrində həmin nömrənin olmasıdır. Yalnız mobil nömrəni daxil etməklə sürətli pul köçürmələri həyata keçirilə biləcək.
Biz həmçinin mikro sahibkarlıq subyektlərinin kart qəbulunu aşağı xərc və çox cihaz vasitəsi ilə almasını təmin edəcək “Tap on Phone” həllini də sürətlə genişləndirməyi hədəfləyirik.
Bununla yanaşı məlumatların idarə edilməsi ilə əlaqəli addımlarımızı da genişləndirəcəyik.