Avrozonada illik inflyasiya tarixi maksimuma çatıb

Avrozonada illik inflyasiya tarixi maksimuma çatıb Avrozonaya daxil olan 19 ölkədə illik inflyasiya, yekun hesablamaya görə, fevralda 5,9%-ə (yanvarda 5,1% idi) çatıb. Bu göstərici Avrostatın müşahidələr tarixi üçün rekorddur.
Maliyyə
17 Mart , 2022 18:48
Avrozonada illik inflyasiya tarixi maksimuma çatıb

Avrozonaya daxil olan 19 ölkədə illik inflyasiya, yekun hesablamaya görə, fevralda 5,9%-ə (yanvarda 5,1% idi) çatıb. Bu göstərici Avrostatın müşahidələr tarixi üçün rekorddur.

“Report” xəbər verir ki, bunu statistika agentliyinin məlumatından görmək olar.

“Daily FX” portalının sorğusuna qatılan analitiklər göstəricinin ilkin təxmin edilən 5,8% səviyyəsində qalacağını gözləyirdilər.

Xatırladaq ki, bir il əvvəl Avrozonada inflyasiya illik cəmi 0,9% idi.

Fevral ayında Avrozonada istehlak qiymətləri 0,9% artıb.

Eyni zamanda, baza illik inflyasiya bir ay əvvəlki 2,3% səviyyəsindən 2,7%-ə qədər sürətlənib ki, bu da analitiklərin gözləntilərinə və ilkin hesablamalara uyğundur.

Son xəbərlər

Orphus sistemi