Avrozonada illik inflyasiya sabit qalıb

Avrozonada illik inflyasiya sabit qalıb İnflyasiya 4 avropa ölkəsində aşağı düşüb, 8-də sabit qalıb və 16-da yüksəlib
Maliyyə
18 Avqust , 2017 16:04
Avrozonada illik inflyasiya sabit qalıb

Bakı. 18 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında avrozonada illik inflyasiya iyunla müqayisədə dəyişməz qalaraq 1,3% təşkil edib. Avropa İttfaqında da illik inflyasiya iyundakı kimi 1,5% səviyyəsində qalıb.

“Report” bu barədə “Eurostat”a istinadən xəbər verir.

Qeyd edilir ki, 2016-cı ildə Avropa İttifaqı və avrozonada inflyasiya kritik həddə - 0,2% səviyyəsində olub.

İyulda illik inflyasiya 2017-ci ilin iyun ayı ilə müqayisədə 4 avropa ölkəsində aşağı düşüb, 8-də sabit qalıb və 16-da yüksəlib. İrlandiya və Kiprdə müvafiq olaraq 0,2% və 0,1% deflyasiya qeydə alınıb, Bolqarıstan və Finlandiyada qiymətlər 0,6% artıb. Ən yüksək inflyasiya tempi Litva (4,1%), Estoniya (3,9%), Latviya və B.Britaniyada (2,6%) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi