Avrozonada büdcə kəsiri kəskin artacaq

Avrozonada büdcə kəsiri kəskin artacaq Bu il avrozonadakı 19 ölkənin məcmu büdcə kəsiri əvvəlki ilə nisbətən 10 dəfə artaraq 976 milyard avro, yaxud ÜDM-nin 8,9 faizi qədər təşkil edəcək.
Maliyyə
369
19 Oktyabr , 2020 12:38
Avrozonada büdcə kəsiri kəskin artacaq

Bu il avrozonadakı 19 ölkənin məcmu büdcə kəsiri əvvəlki ilə nisbətən 10 dəfə artaraq 976 milyard avro, yaxud ÜDM-nin 8,9 faizi qədər təşkil edəcək.

“Report” Avropa Komissiyasının məlumatına istinadla xəbər verir ki, buna səbəb koronavirus pandemiyası ilə bağlı həyata keçirilən təcili tədbirlərdir.

Avropa Mərkəzi Bankının məlumatına görə, bundan əvvəlki bənzər hal 2010-cu ildə avrozonanın büdcə kəsiri ÜDM-nin 6,6 faizinə çatarkən baş vermişdi.

“Uni Credit” şirkətinin eksperti Marko Vallinin sözlərinə görə, iqtisadiyyatı dəstəkləmək, uzunmüddətli ziyanı yumşaltmaq üçün zəruri məsrəflər çəkməkdən savayı hökumətlərin çarəsi qalmayıb.

Xatırladaq ki, daha əvvəl Avropa Komisiyasındakı iqtisadiyyat komisarı Paolo Centilioni pandemiyanın səbəb olduğu resessiyanın avrozonaya təhlükə yaratdığını, hazırkı tənəzzül nəticəsində avrozona ölkələri arasındakı iqtisadi inkişaf fərqlərinin daha da artdığını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi