Avropanın əsas indeksləri yüksəlib

Avropanın əsas indeksləri yüksəlib Avropanın əsas fond indeksləri ötən gün 3-10 faiz azalmasından sonra bu gün artım göstərib.
Maliyyə
10 Mart , 2020 15:48
Avropanın əsas indeksləri yüksəlib
tickertimes

Avropanın əsas fond indeksləri ötən gün 3-10 faiz azalmasından sonra bu gün artım göstərib.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, ümumavropa miqyaslı “Euronext” və yerli birjaların məlumatına görə, FTSE 40 (Böyük Britaniya) 6 037,59 faiz bəndi (bağlanışa nisbətən +1,26 faiz), CAC40 (Fransa) 4 779,76 faiz bəndi (+1,53 faiz), DAX (Almaniya) 10 700,2 faiz bəndi (+0,65 faiz), SMI (İsveçrə) 9 340,5 faiz bəndi (+1,6 faiz) artıb.

Xatırladaq ki, martın 6-da OPEC+ formatının iştirakçısı olan ölkələr neft hasilatını daha da ixtisar etmək barədə razılığa gələ bilmədilər, ona görə də gündəlik hasilatın 1,7 milyon barel azaldılmasına dair mövcud razılaşma bu ayın sonunadək qüvvədədir. Rusiyanın Energetika naziri Aleksandr Novak aprelin 1-dən etibarən həmin ölkələr qarşısında hər hansı öhdəliyin durmayacağını qeyd edib.

Neft bazarındakı müharibə nəticəsində Asiyanın əsas indeksləri 3-5 faiz, Avropanın indeksləri açılışda 6-10,5 faiz, ABŞ indeksləri isə 7 faizədək azalıb.

Son xəbərlər

Orphus sistemi