Avropada əmək haqqı üzrə ölkələrin reytinqi

Avropada əmək haqqı üzrə ölkələrin reytinqi Ən aşağıl maaş isə Bolqarıstanda qeydə alınıb
Maliyyə
1 Aprel , 2015 23:18
Avropada əmək haqqı üzrə ölkələrin reytinqi

Bakı. 01 aprel. REPORT.AZ/ Avropada ən yüksək əmək haqqı Danimarkadadır. The İndependent bu barədə Aİ-nin 2014-cü il üzrə açıqladığı rəqəmlərə əsasən xəbər verir. Bu ölkədə bir saatlıq iş üçün orta hesabla 40,3 avro ödənilir.

"Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, Aİ ölkələri arasında saatlıq əməyə görə ən aşağı ödəniş isə Bolqarıstanda qeydə alınıb, 1 saat üçün 3,8 avro. Bu isə orta Avropa səviyyəsindən (24,6 avro) 6,5 dəfə aşağıdır. Yüksək maaş üzrə ölkələrin ilk beşliyində Danimarkanı Belçika(39,1 avro), İsveçrə(37,4 avro),Lüksemburq(35,9 avro) və Fransa(34,6 avro) əvəz edib.

Ən aşağı maaşın qeydə alındığı ölkələrin beşliyində isə Bolqarıstandan başqa Rumıniya(4,6 avro),Litva(6,5 avro), Latviya(6,6 avro), və Macarıstan(7,3 avro) yer alıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda muzdla işləyənlərin orta aylıq əmək haqqı2014-cü ildə əvvəlki ilə nisbətən 4,5 faiz yüksələrək 444,3 manat (sutkalıq orta hesabla 14,81 manat/ 13,10 avro və saatlıq 0,62 manat/ 0,55 avro) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi