Avropa səhm bazarlarında geriləmə baş verir

Avropa səhm bazarlarında geriləmə baş verir Qərbi Avropa birjalarında ötən gün keçirilən hərraclar zamanı indekslər əvvəlki günün artımından sonra geriləyib.
Maliyyə
227
23 İyul , 2020 13:35
Avropa səhm bazarlarında geriləmə baş verir

Qərbi Avropa birjalarında ötən gün keçirilən hərraclar zamanı indekslər əvvəlki günün artımından sonra geriləyib.

“Report” “CNBC”-ə istinadən xəbər verir ki, COVID-19 virusunun xüsusilə də ABŞ-da yayılmağa davam etməsilə bağlı narahatlıqlar Avropa İttifaqının böhrana qarşı plan qəbul etməsindən yaranan nikbinliyi kölgədə qoyur.

Belə ki, Avropanın ən iri müəssisələrini ehtiva edən “Stoxx Europe 600” indeksi 0,87 faiz azalaraq 373,44 bəndə enib. Böyük Britaniyanın “FTSE 100” indeksi 1 faiz, Almaniyanın “DAX” indeksi 0,51 faiz, Fransanın “CAC 40” indeksi 1,32 faiz, İtaliyanın “FTSE MİB” indeksi 0,6 faiz, İspaniyanın “İBEX 35” indeksi də 1,39 faiz geriləyib.

Əvvəlki gün isə Avropa İttifaqı ölkələri liderlərinin dörd günlük müzakirələrin yekununda koronavirusun fəsadları ilə üzləşən iqtisadiyyatı dirçəltmək planı, habelə təşkilatın 2021-2027-ci illərin büdcəsi ilə bağlı razılığa gəlməsi səhm bazarlarına müsbət təsir etmişdi. Lakin dünənki geriləmə pandemiyanın yaratdığı narahatlığın yenidən ön plana çıxdığına dəlalətdir.

Avropada ən çox tənəzzülə məruz qalan Böyük Britaniyanın “Melrose İndustries Plc” mühəndislik şirkətinin səhmləri 14,2 faiz ucuzlaşıb. Həmçinin Norveçin “Schibsted ASA” media qrupunun səhmləri də 2 faiz geriləyib.

Son xəbərlər

Orphus sistemi