Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Maliyyə
  • 25 oktyabr, 2018
  • 12:04
Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Michael H. Sterzenbach/Goodstock

Bakı. 25 oktyabr. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.