Avropa İttifaqının məcmu ÜDM-i rekord həddə azalıb

Avropa İttifaqının məcmu ÜDM-i rekord həddə azalıb Cari ilin ikinci rübündə Avropa İttifaqı üzv ölkələrinin məcmu ÜDM-i illik hesabla 14,1 faiz, rüblük hesabla da 11,7 faiz azalıb.
Maliyyə
14 Avqust , 2020 14:57
Avropa İttifaqının məcmu ÜDM-i rekord həddə azalıb

Bu ilin ikinci rübündə Avropa İttifaqı üzv ölkələrinin məcmu ÜDM-i illik hesabla 14,1 faiz, rüblük hesabla da 11,7 faiz azalıb.

“Report” xəbər verir ki, “Eurostat”ın mətbuata açıqlamasında avrozonaya aid 19 ölkənin isə məcmu ÜDM-i müvafiq olaraq 15 faiz və 12,1 faiz azalıb.

Həmin statistik məlumatların tutulmağa başladığı 1995-ci ildən etibarən ən kəskin azalma qeydə alındığı da göstərilir.

2020-ci ilin birinci rübündə Aİ-nin məcmu ÜDM-i illik hesabla 2,5 faiz, rüblük hesabla 3,2 faiz, avrozona ölkələrinin də məcmu ÜDM-si müvafiq olaraq 3,1 faiz və 3,6 faiz azalıb. Beləliklə, Avropa iqtisadiyyatında resesiya baş verdiyi göz qabağındadır.

Son xəbərlər

Orphus sistemi