Avropa İttifaqında son 25 ilin ən böyük iqtisadi artımı qeydə alınıb

Avropa İttifaqında son 25 ilin ən böyük iqtisadi artımı qeydə alınıb Bu ilin III rübündə Avropa İttifaqında (Aİ) istehsal olunmuş ümumi daxili məhsul (ÜDM) II rübə nisbətən 12,1% çox olub. Bu, ittifaq ölkələri ilə bağlı statistikanın tərtib olunduğu 1995-ci ildən bəri ən yüksək dinamikadır.
Maliyyə
548
30 Oktyabr , 2020 15:51
Avropa İttifaqında son 25 ilin ən böyük iqtisadi artımı qeydə alınıb

Bu ilin III rübündə Avropa İttifaqında (Aİ) istehsal olunmuş ümumi daxili məhsul (ÜDM) II rübə nisbətən 12,1% çox olub. Bu, ittifaq ölkələri ilə bağlı statistikanın tərtib olunduğu 1995-ci ildən bəri ən yüksək dinamikadır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin ("Eurostat") hesabatında bildirilir.

Bununla belə, iyul-sentyabr aylarında Aİ-də mövsümi amillər nəzərə alınmadan formalaşan ÜDM 3,9% azalıb.

Hesabat dövründə ən böyük iqtisadi artım Fransa (18,2%), İspaniya (16,7%), İtaliya (16,1%) və Belçikada (10,7%) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi