Avropa İttifaqı Azərbaycana 77 mln. avrodan artıq vəsait ayıracaq

Avropa İttifaqı Azərbaycana 77 mln. avrodan artıq vəsait ayıracaq Həmin vəsait Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində ayrılacaq
Maliyyə
11 Sentyabr , 2014 15:58
Avropa İttifaqı Azərbaycana 77 mln. avrodan artıq vəsait ayıracaq
Bakı. 11 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) 2014-2017-ci illərdə Azərbaycana 77 mln. avrodan 97 mln. avroyadək vəsait ayıracaq. Report xəbər verir ki, bu barədə Avropa Komissiyası tərəfindən təsdiq olunmuş və yaxın dörd ili əhatə edən Avropa Qonşuluq Siyasəti çərçivəsində Aİ-nin üzv ölkələrlə əməkdaşlığının prioritetləri haqqında sənəddə deyilir. 

Həmin vəsait Azərbaycanda üç əsas sahədə müxtəlif proqramların həyata keçirilməsinə ayrılacaq. Belə ki, Avropa İttifaqı regionların və kənd təsərrüfatının inkişafı (ayrılan məbləğin təxminən 40%-i), ədliyyə sektorunda islahatlar (təxminən 20%) və təhsil sahəsi üzrə layihələri maliyyələşdirir.

Avropa Komissiyası tərəfindən təsdiq olunan maliyyə paketinə Azərbaycandan başqa Əlcəzair, Ermənistan, Belarus, İordaniya, Livan, Liviya, Mərakeş və Tunis daxildir. Aİ ümumilikdə 5,5 mlrd. avro xərcləyəcək. 

Proqramların maliyyə paketi 2014-2017-ci illərdə Ermənistanda 140-170 mln. avro, Belarusda - 71-89 mln. avro təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi