Avropa İttifaqı Ukraynaya yeni makroiqtisadi yardım ayıracaq

Avropa İttifaqı Ukraynaya yeni makroiqtisadi yardım ayıracaq Bakı. 13 iyun. REPORT.AZ/ Avropa Parlamentinin deputatları Ukrayna üçün yeni makroiqtisadi yardımın ayrılmasını təsdiqləyiblər.
Maliyyə
13 İyun , 2018 17:36
Avropa İttifaqı Ukraynaya yeni makroiqtisadi yardım ayıracaq
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ Avropa Parlamentinin deputatları Ukrayna üçün yeni makroiqtisadi yardımın ayrılmasını təsdiqləyiblər.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, yardımın məbləği 1 mlrd. avro təşkil edəcək.

Bu vəsaitin iki tranşla ayrılması planlaşdırılır. Yardım proqramının müddəti isə 2 il yarım təşkil edəcək. 

Bu, Avropa İttifaqının (Aİ) Ukraynaya son 4 il ərzində 3-cü makroiqtisadi yardımı olacaq. Ümumilikdə, bu ölkə Aİ-dən 2,8 mlrd. avro yardım alıb.

Son xəbərlər

Orphus sistemi