Avropa hərraclarında indekslər azalır

Avropa hərraclarında indekslər azalır ABŞ Prezidenti Donald Tramp və xanımında koronavirus tapıldıqdan sonra Avropa bazarlarındakı indekslər 1 faizdən artıq azalıb.
Maliyyə
2 Oktyabr , 2020 12:58
Avropa hərraclarında indekslər azalır

ABŞ Prezidenti Donald Tramp və xanımında koronavirus tapıldıqdan sonra Avropa bazarlarındakı indekslər 1 faizdən artıq azalıb.

“Report” xəbər verir ki, Londonun Fond Birjasında jeçirilən hərracda “FTSE 100” indeksi 1,23 faiz azalaraq 5.807,35 bəndə, Avropa İttifaqının başlıca indeksi “Euro Stoxx 50” da 1,01 faiz azalaraq 3161,85 bəndə, Almaniyanın “DAX” indeksi isə 1,26 faiz azalaraq 12.578,20 bəndə geriləyib.

Xatırladaq ki, bu gün səhər 74 yaşlı D.Tramp “Twitter” səhifəsindən xanımı Melaniya ilə birgə koronavirusa yoluxduqlarını açıqlayıb. Dövlət başçısının həkimi Şon Konli isə hər ikisinin özlərini yaxşı hiss etdiklərini qeyd edərək Prezident Trampın vəzifəsini icra edə biləcəyinə əmin olduğunu bildirib.

ABŞ-da növbəti prezident seçkiləri bu il noyabr ayının 3-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi