Avronun məzənnəsi 14 illik minimuma enib

Maliyyə
  • 20 dekabr, 2016
  • 13:36
Avronun məzənnəsi 14 illik minimuma enib

Bakı. 20 dekabr. REPORT.AZ/ Avronun dollarla müqayisədə məzənnəsi son 14 ilin minimal həddinə enib. 

"Report" xəbər verir ki, bu gün avro/dollar cütlüyünün məzənnəsi 1,0352 USD/EUR səviyyəsinə qədər geriləyib. 

Geriləməyə səbəb ABŞ iqtisadiyaytından gələn müsbət xəbərlər, Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması və 2017-ci ildə bu tendensiyanı daha sürətlə davam etdirməsi barədə işarə verməsi, Avropa İttifaqı (Aİ) iqtisadiyyatından gələn zəif göstəricilər və Aİ ölkələrində iqtisadi-siyasi problemlər göstərilir. 

"Report"un analitik qrupu yaxın günlərdə avro ilə dolların bərabərləşəcəyini ehtimal edir: "Hətta 2017-ci ilin ilk yarısında dolların avrodan daha güclü olması istisna edilmir. Dolların güclənməsinin inkişaf etməkdə olan ölkələrin valyutalarına mənfi təsir göstərəcəyi proqnozlaşdırılır".