Avronun güclənməsi səbəbindən Avrozonada inflyasiya mənfi olaraq qalacaq

Avronun güclənməsi səbəbindən Avrozonada inflyasiya mənfi olaraq qalacaq "Səhiyyə sahəsindəki böhran iqtisadi fəallığa təzyiq göstərməyə davam edəcək və iqtisadi proqnoz üçün azalma riskləri yaradacaq”
Maliyyə
29 Sentyabr , 2020 16:34
Avronun güclənməsi səbəbindən Avrozonada inflyasiya mənfi olaraq qalacaq

Avropa Mərkəzi Bankı (ECB) iqtisadiyyatın bərpası perspektivlərini qaraldan koronavirus pandemiyası fonunda lazım gələrsə, əlavə monetar stimullaşdırıcı tədbirlər tətbiq etməyə hazırdır.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ECB sədri Kristin Laqard bildirib.

Avropalı qanunvericilər önündə çıxış edən K.Laqard istehlakçıların pul xərcləməyə ehtiyatla yanaşdıqlarını, şirkətlərin isə investisiya yatırmaq istəmədiklərini qeyd edərək Avrozonanın iqtisadi dirçəlişini qeyri-müəyyən və natamam adlandırıb.

“Səhiyyə sahəsindəki böhran iqtisadi fəallığa təzyiq göstərməyə davam edəcək və iqtisadi proqnoz üçün azalma riskləri yaradacaq”, - deyə K.Laqard Avropa Parlamentinin İqtisadiyyat və Pul Məsələləri Komitəsinin üzvləri ilə videokonfrans zamanı söyləyib.

Onun sözlərinə görə, ECB-nin İdarə Heyəti zərurət halında bütün alətlərini yenidən nəzərdən keçirməyə hazırdır. COVID-19 xəstələrinin sayının artması yeni məhdudiyyətlərlə təhdid edir ki, bu da infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə bu ilin əvvəlində tətbiq olunan lokdaunların aradan qaldırılmasından sonra əldə edilmiş iqtisadi inkişafa maneə yaradır.

Son xəbərlər

Orphus sistemi