Dünya bazarında avro bahalaşıb

Dünya bazarında avro bahalaşıb ABŞ fond indeksləri artıb, Avropa indeksləri isə azalıb
Maliyyə
2 İyun , 2016 09:44
Dünya bazarında avro bahalaşıb

Bakı. 2 iyun. REPORT.AZ/ İyunun 1-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,01% artaraq 17 789,67 bənd, "S&P 500" indeksi 0,11% irəliləyərək 2 099,33 bənd, "Nasdaq" isə 0,08% artaraq 4 952,25 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,62% ucuzlaşaraq 6 191,93 bənd, Fransa "CAC-40"ı 0,67% azalaraq 4 475,39 bənd, Almaniya DAX-ı 0,57% geriləyərək 10 204,44 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,14% azalıb və 1 215,75 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1206 (+0,16%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi