“Avrasiya Kredit” ötən ili mənfəətlə başa vurub

“Avrasiya Kredit” ötən ili mənfəətlə başa vurub Bakı. 3 iyul. REPORT.AZ/ “Avrasiya Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 1,713 mln. manat təşkil e...
Maliyyə
3 İyul , 2017 12:04
“Avrasiya Kredit” ötən ili mənfəətlə başa vurub

Bakı. 3 iyul. REPORT.AZ/ “Avrasiya Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 1,713 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,1% azdır.

“Avrasiya Kredit”in aktivlərinin 58,55%-ni və yaxud 1,003 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2016-cı ildə BOKT-un kredit portfeli 41,4% kiçilib.

Ötən il “Avrasiya Kredit”in cəmi kapitalı 11,2% azalaraq 1,705 mln. manat, cəmi öhdəlikləri isə təxminən 15% artaraq 8 min manat olub.

2016-cı ildə “Avrasiya Kredit”in faiz gəlirləri 443 min manat (2015-ci ilə nisbətən 32,7% az), faiz xərcləri 0 manat, qeyri-faiz gəlirləri 54 min manat (48% az), qeyri-faiz xərcləri isə 363 min manat (8,35% az) təşkil edib. Son nəticədə BOKT-un vergiyəqədərki mənfəəti 134 min manat olub ki, bu da illik müqayisədə 63,4% azdır.

Ötən il “Avrasiya Kredit” 26 min manat mənfəət vergisi ödəyib və hesabat dövrünü 108 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “Avrasiya Kredit” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. BOKT-un təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondudur (Qeyri-hokumət təşkilatı). 

Son xəbərlər

Orphus sistemi