Aviaşirkətlər koronavirusdan çarəni kreditdə axtarırlar

Aviaşirkətlər koronavirusdan çarəni kreditdə axtarırlar Bu ay ərzində dünyanın aviaşirkətləri yeni koronavirusla bağlı sərnişin axınının kəskin azalmasından çəkdikləri zərərin əvəzini çıxmaq üçün bütövlükdə 17 milyard ABŞ dollarından artıq məbləğdə kreditlər cəlb edib.
Maliyyə
30 Mart , 2020 19:37
Aviaşirkətlər koronavirusdan çarəni kreditdə axtarırlar

Bu ay ərzində dünyanın aviaşirkətləri yeni koronavirusla bağlı sərnişin axınının kəskin azalmasından çəkdikləri zərərin əvəzini çıxmaq üçün bütövlükdə 17 milyard ABŞ dollarından artıq məbləğdə kreditlər cəlb edib.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunun 12,5 milyard ABŞ dolları Amerika şirkətlərinin payına düşür. Şirkətlər arasında cəlb edilən vəsaitə görə ABŞ-ın “Delta Airlines” şirkəti 5,6 milyard ABŞ dolları ilə birinci yerdədir. Sonrakı yerlərdə 2,8 milyard ABŞ dolları ilə Sinqapurun “Singapore Airlines” və 2,5 milyard ABŞ dolları ilə “United Airlines” şirkətləri qərarlaşıb.

Bundan başqa aralarında “British Airways” və “Etihad Airways”in də olduğu daha 11 aviaşirkətin əldə etdikləri bərpa olunan kredit xətlərinə, çox güman ki, hələlik əl atmadıqları bildirilir. Bir çox şirkətlər isə dövlət dəstəyi üçün müraciət edib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) qənaətincə, mövcud şəraitdə aviaşirkətlər bütövlükdə 150-200 milyard ABŞ dolları həcmində dövlət dəstəyinə ehtiyac duyur.

Son xəbərlər

Orphus sistemi