Auditorlar Palatasının mənfəəti 19% azalıb

Auditorlar Palatasının mənfəəti 19% azalıb Auditorlar Palatası 2021-ci ili 146 min manat mənfəətlə başa vurub.
Maliyyə
30 İyun , 2022 15:24
Auditorlar Palatasının mənfəəti 19% azalıb

Auditorlar Palatası 2021-ci ili 146 min manat mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 19,3% azdır.

Ötən il Auditorlar Palatasının əməliyyat gəlirləri 1,261 milyon manat (əvvəlki ilə nisbətən 20,9 % çox), o cümlədən üzvlük haqlarından gəlirləri 1,046 milyon manat (2,4 % çox), ixtisasartırma və imtahan gəlirləri 30 min manat (36,4 % çox), qrant və ianələrdən gəlirləri 36 min manat (əvvəlki il olmayıb), ümidsiz borclar üzrə ehtiyatların azalması hesabına gəlirləri isə 149 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Hesabat dövründə qurumun əməliyyat xərcləri isə 1,116 milyon manat (29,5 % çox), o cümlədən işçilərə çəkdiyi xərcləri 572 min manat (25,4 % çox), ezamiyyə xərcləri 6 min manat (66,7 dəfə çox), məlumat və reklam xərcləri 94 min manat (64,9% çox), çap və mətbuat xərcləri 21 min manat (2,1 dəfə çox), informasiya texnologiyaları dəstəyi və ofis xərcləri 87 min manat (64,2 % çox), amortizasiya və qiymətdən düşmə xərcləri 38 min manat (2,1 dəfə çox), rabitə xərcləri 26 min manat (18,2 % çox), üzvlük haqqı xərcləri 20 min manat (4,8 % az), audit və peşəkar məsləhət xidmətləri xərcləri 36 min manat (2 dəfə çox), sair əməliyyat xərcləri 151 min manat (3,1 dəfə çox), bank xərcləri 8 min manat (2 dəfə çox), konfrans xərcləri 53 min manat (əvvəlki il olmayıb), icarə xərcləri isə 4 min manat (2,5 dəfə az) olub.

Bu il yanvarın 1-nə Auditorlar Palatasının aktivləri 787 min manat olub ki, bu da illik müqayisədə 25,1 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 23,1 % artaraq 64 min manata, balans kapitalı isə 25,3 % artaraq 723 min manata çatıb.

Son xəbərlər

Orphus sistemi