Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:
- Auditorlar Palatasının 2022-ci il üzrə iş planının layihəsi;
- Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi ilə əlaqədar keçirilmiş yubliley tədbirlərinin və beynəlxalq elmi-praktik konfransın nəticələri;
- “Auditorun şəxsi kabineti” sisteminin fəaliyyətinin təşkil edilməsi və təkmilləşdirilməsi;
- Keyfiyyətin idarə edilməsi layihələrindən irəli gələn Beynəlxalq Audit Standartlarına (BAS) və əlaqəli materiallara edilən müvafiq düzəlişlər barədə;
- Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumunun imzalanması barədə;
- “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın nəticələrinə dair hazırlanmış Tövsiyələr.