Auditorlar Palatasında daxili audit həyata keçirilə bilər

Auditorlar Palatasında daxili audit həyata keçirilə bilər Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
Maliyyə
29 Dekabr , 2021 15:36
Auditorlar Palatasında daxili audit həyata keçirilə bilər

Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:

1. Auditorlar Palatası Şurasının qərarlarının, Palata sədrinin əmr və sərəncamlarının və digər sənədlərin Palatanın internet səhifəsində yerləşdirilməsinə dair hesabatın müzakirə edilməsi;

2. Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiyada nəzərdə tutulan tədbirlərin tətbiq edilməsi;

3. Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin apardığı keyfiyyətə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair komitənin protokolunun təsdiq edilməsi;

4. Auditorlar Palatasında daxili auditin həyata keçirilməsi;

Son xəbərlər

Orphus sistemi