Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib

Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
Maliyyə
26 Noyabr , 2020 16:07
Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib

Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, Şura üzvlərinin və Şura yanında komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

- Auditorlar Palatasının 2021-ci il üzrə iş planının layihəsinin müzakirəsi;

- Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi ilə əlaqədar hazırlıq tədbirlərinin həyata keçirilməsi;

- Auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsinə dair hesabat;

- Auditə dair kitabların, dərs vəsaitlərinin, məlumat və təbliğat-təşviqat xarakterli kitabça, broşür, prospektlərin və digər materialların hazırlanmasının və nəşr etdirilməsinin təşkil edilməsi;

- Auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr, metodik göstəriş və şərhlərin hazırlanmasına dair hazırlanmış hesabat.

Son xəbərlər

Orphus sistemi