"Atəşgah" sığorta şirkətinin yeni satış ofisi fəaliyyətə başlayıb

"Atəşgah" sığorta şirkətinin yeni satış ofisi fəaliyyətə başlayıb Sığorta şirkətinin iki ofisi birləşdirilib
Maliyyə
11 Mart , 2016 17:38
Atəşgah sığorta şirkətinin yeni satış ofisi fəaliyyətə başlayıb

Bakı. 11 mart. REPORT.AZ/ Xərclərin optimallaşdırılması məqsədilə “Atəşgah” sığorta şirkətinin Bakı şəhəri ərazisində yerləşən “Nərimanov” (Təbriz küçəsi, 87) və “Azadlıq” (8-ci mkr, Axundov küçəsi, 2/73) ofisləri artıq fəaliyyətini yeni ofisdə davam etdirir. 

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, yeni “Xətai” ofisi Yusif Səfərov küçəsi,18 ünvanında (Leyla Şıxlinskaya klinikası ilə üzbəüz) yerləşir.

“Atəşgah” sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib. “Atəşgah” ASC və “Atəşgah Həyat” ASC “Atəşgah” Sığorta Qrupuna daxildir. “Atəşgah” SQ müştərilərə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi