“Atəşgah Sığorta”nın xalis mənfəəti 10 dəfədən çox azalıb
- 04 aprel, 2022
- 13:06
Yeniliklərdən dərhal xəbərdar olun!
“Atəşgah Sığorta” ASC 2021-ci ili 328 min manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 10,2 dəfə azdır.
Ötən il “Atəşgah Sığorta”nın gəlirləri 25,34 milyon manat (əvvəlki ilə nisbətən 22,4% az), xərcləri 24,93 milyon manat (13,1% az), mənfəət vergisi ödəmələri isə 82 min manat (7,5 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Atəşgah Sığorta”nın aktivləri 39,666 milyon manat olub ki, bu da illik müqayisədə 7,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 12,9% artaraq 23,559 milyon manata, balans kapitalı isə 1% artaraq 16,107 milyon manata çatıb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manatdır. Şirkətin səhmlərinin 63%-i "ISR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.