"Atəşgah Həyat Sığorta"nın xalis mənfəəti dəyişməyib
- 04 aprel, 2025
- 11:25
Yeniliklərdən dərhal xəbərdar olun!
"Atəşgah Həyat Sığorta" ASC 2024-cü ili 7,485 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə demək olar ki, eynidir.
Ötən il "Atəşgah Həyat Sığorta"nın gəlirləri 77,57 milyon manat (əvvəlki ilə nisbətən 60,9 % çox), xərcləri 68,214 milyon manat (75,5 % çox), mənfəət vergisi ödəmələri isə 1,871 milyon manat eyni qalıb) təşkil edib.
Bu il yanvarın 1-nə "Atəşgah Həyat Sığorta"nın aktivləri 126,266 milyon manat olub ki, bu da illik müqayisədə 23,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 22,7 % artaraq 104,701 milyon manata, balans kapitalı isə 28,8 % artaraq 21,564 milyon manata çatıb.
Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 milyon manat təşkil edır. Şirkətin səhmləri 100 % "Ran-Exim" MMC-yə ("Atəşgah Sığorta" ASC-nin 27 %-lik səhmdarı) məxsusdur.