"Atəşgah Həyat Sığorta”nın xalis mənfəəti 38% artıb

"Atəşgah Həyat Sığorta”nın xalis mənfəəti 38% artıb “Atəşgah Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 89,427 mln. manat təşkil edib.
Maliyyə
4 Aprel , 2019 09:15
Atəşgah Həyat Sığorta”nın xalis mənfəəti 38% artıb

“Atəşgah Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 89,427 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 60,3% çoxdur.

2018-ci ildə “Atəşgah Həyat Sığorta”nın cəmi öhdəlikləri 74,4% artaraq 70,568 mln. manata çatıb, cəmi kapitalı isə 23% azalaraq 18,86 mln. manata düşüb.

Ötən il “Atəşgah Həyat Sığorta”nın gəlirləri 31,619 mln. manat (əvvəlki ilə nisbətən 55,85% az), xərcləri isə 23,364 mln. manat (64,4% az), mənfəət vergisi ödəmələri isə 1,651 mln. manat (37,8% çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 6,604 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 37,8% çoxdur.

Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 mln. manatdır. Şirkətin səhmləri 100% "Ran-Exim" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi