“Atasığorta" ötən ili zərərlə başa vurub

Maliyyə
  • 30 mart, 2022
  • 05:23
“Atasığorta ötən ili zərərlə başa vurub

“Atasığorta” ASC 2021-ci ili 2,265 milyon manat zərərlə başa vurub. Halbuki, şirkət 2020-ci ildən 744 min manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Atasığorta”nın gəlirləri 15,752 milyon manat (əvvəlki ilə nisbətən 17% az), xərcləri 18,017 milyon manat (0,4% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Atasığorta”nın aktivləri 17,449 milyon manat olub ki, bu da illik müqayisədə 20,5% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 19,6% azalaraq 9,202 milyon manata, balans kapitalı isə 21,6% azalaraq 8,247 milyon manata düşüb.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

44 filmi