“Atasığorta” ötən ili zərərlə başa vurub

“Atasığorta” ötən ili zərərlə başa vurub “Atasığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 28,418 mln. manat təşkil edib.
Maliyyə
19 Mart , 2019 09:01
“Atasığorta” ötən ili zərərlə başa vurub

“Atasığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 28,418 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,3% azdır.

2018-ci ildə “Atasığorta”nın cəmi öhdəlikləri 46,5% artaraq 19,311 mln. manata çatıb, cəmi kapitalı isə 44,9% azalaraq 9,107 mln. manata düşüb, o cümlədən nizamnamə kapitalı isə 17,7% artaraq 14,6 mln. manat olub. 

Ötən il “Atasığorta”nın gəlirləri 17,997 mln. manat (əvvəlki ilə nisbətən 4,6% çox), xərcləri 25,003 mln. manat (54,8% çox), mənfəət vergisi ödəmələri isə 70 min manat (30,4% az) təşkil edib. Son nəticədə şirkəti 2018-ci ili 7,077 mln. manat xalis zərərlə başa vurub. Halbuki, maliyyə qurumu 2017-ci ildən 956 min manat xalis mənfəətlə çıxmışdı. 

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

İngilis versiyası Atasigorta ends 2018 on loss

Son xəbərlər

Orphus sistemi