“AtaSığorta”nın rəhbərliyində yeni təyinat olub

“AtaSığorta”nın rəhbərliyində yeni təyinat olub Şirkətin Direktorlar Şurasına müstəqil üzv qəbul edilib
Maliyyə
25 Oktyabr , 2017 10:04
“AtaSığorta”nın rəhbərliyində yeni təyinat olub

Bakı. 25 oktyabr. REPORT.AZ/ “AtaSığorta” ASC-nin rəhbərliyində yeni təyinat olub.

“Report” xəbər verir ki, şirkətin Direktorlar Şurasına müstəqil üzv qəbul edilib.

Məlumata görə, adıçəkilən vəzifəyə Rəşad Əliyev təsdiqlənib.

Qeyd edək ki, bununla da “AtaSığorta”nın Direktorlar Şurasında təmsil olunan şəxslərin sayı 3-ə çatıb. Hazırda Direktorlar Şurasının sədri Adıgözəl Ağayev, Direktorlar Şuraşının üzvü isə Rəşad Rəsulludur.

Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi