"AtaSığorta" fevralda 336 min manat sığorta ödənişi edib

"AtaSığorta" fevralda 336 min manat sığorta ödənişi edib Ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 9%-dək azalıb
Maliyyə
6 Mart , 2015 15:04
AtaSığorta fevralda 336 min manat sığorta ödənişi edib

Bakı. 6 mart. REPORT.AZ/ “AtaSığorta” ASC bu ilin yanvar ayında 783 hadisə üzrə 336 245 manat sığorta ödənişi həyata keçirib. Bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, “AtaSığorta” ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulub.

Qeyd edək ki, “AtaSığorta” ASC 2015-ci ilin yanvar ayında 726 hadisə üzrə 174 879 manat sığorta ödənişi həyata keçirib. Beləliklə, şirkət tərəfindən bu ilin ilk iki ayında ödənişlərin həcmi 511 124 manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% azdır. 

“AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 14,6 mln. manat nizamnamə kapitalına malik olmaqla 26 sığorta növü - 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin şirkət təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir, İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə "AtaSığorta"nın xidmət şəbəkəsinə satış üzrə 18 filial, nümayəndəlik və ofislər daxildir.

Son xəbərlər

Orphus sistemi