“AtaLizinq”in səhmdarlarının yığıncağı keçiriləcək
- 31 iyul, 2024
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Avqustun 30-da, saat 11:00-da “AtaLizinq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "AtaLizinq"in icra orqanı rəhbərinin vəzifə səlahiyyətlərinə öz ərizəsi əsasında xitam verilməsi, yeni rəhbərin təyin edilməsi, şirkətin yeni redaksiyada nizamnaməsinin qəbul edilməsi, təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması və digər məsələlər daxildir.
“AtaLizinq” 2004-cü ildə yaradılıb, “AtaHoldinq” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Şirkətin təsisçiləri 64 % payla holdinq və 36 % payla ləğv prosesində olan "Atabank"dır.