“Atabank” plastik kartlarının sahibi olan müştərilərinə müraciət edib

“Atabank” plastik kartlarının sahibi olan müştərilərinə müraciət edib Bankın plastika kartları ilə bir gecə onlayn rejimdə əməliyyatlar həyata keçirmək mümkün olmayacaq
Maliyyə
11 Oktyabr , 2017 16:54
“Atabank” plastik kartlarının sahibi olan müştərilərinə müraciət edib

Bakı. 11 oktyabr. REPORT.AZ/ “Atabank” ASC-nin əməkdaşlıq etdiyi “AzeriCard” MMC prosessinq mərkəzi xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə oktyabrın 12-dən 13-nə keçən gecə daxili sistemində yenilənmə işləri aparacaq.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bununla əlaqədar saat 00:30-dən saat 06:00-a qədər plastik kartlarla onlayn rejimdə əməliyyatlar həyata keçirmək mümkün olmayacaq.

“Xahiş edirik əməliyyatlarınızı planlaşdırarkən bunu nəzərə alasınız”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, “AtaBank” Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəni, 81 bankomat və 18 min POS-terminalı əhatə edən xidmət şəbəkəsi ilə fəaliyyət göstərir, korporativ və fərdi müştərilərə tam xidmətlər spektri təqdim edir.

Son xəbərlər

Orphus sistemi