“Atabank” müştərilərinə 200-ə yaxın hədiyyə bağışlayıb

“Atabank” müştərilərinə 200-ə yaxın hədiyyə bağışlayıb Bakı. 18 dekabr. REPORT.AZ/ “Atabank” ASC bu ilin sonuna qədər keçirdiyi “Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində sığortalı depozit yerləşdirmiş fiziki şəxslərə 88 ədəd “İsma Bike” velosipedi, 90 ədəd “İphone X” smartfonu və digər müxtəlif hədiyyələr bağışlayıb.
Maliyyə
18 Dekabr , 2017 10:04
“Atabank” müştərilərinə 200-ə yaxın hədiyyə bağışlayıb

Bakı. 18 dekabr. REPORT.AZ/ “Atabank” ASC bu ilin sonuna qədər keçirdiyi “Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində sığortalı depozit yerləşdirmiş fiziki şəxslərə 88 ədəd “İsma Bike” velosipedi, 90 ədəd “İphone X” smartfonu və digər müxtəlif hədiyyələr bağışlayıb.

“Report” xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir.

Qeyd edək ki, kampaniya çərçivəsində müştərilərə velosiped və smartfonla yanaşı, “Excelsior Hotel”, “Chinar Hotel & SPA”, “Excelsior Hotel Shamkir”, “Qalaaltı Hotel & SPA” otellərində istirahət, müalicə və idman paketləri təklif olunur.

Kampaniyanın şərtləri ilə daha ətraflı şəkildə tanış olmaq üçün 136 məlumat mərkəzi ilə əlaqə saxlamaq olar.

Xatırladaq ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" 100% yerli kapitallı, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Maliyyə qurumu Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər

Orphus sistemi