“Atabank” ötən ili mənfəətlə yekunlaşdırıb

“Atabank” ötən ili mənfəətlə yekunlaşdırıb Bakı. 29 yanvar. REPORT.AZ/ “Atabank” ASC-nin aktivləri illik müqayisədə 7,2% azalaraq 2019-ci il yanvarın 1-nə 581 110 min manat təşkil edib.
Maliyyə
29 Yanvar , 2019 17:34
“Atabank” ötən ili mənfəətlə yekunlaşdırıb

Bakı. 29 yanvar. REPORT.AZ/ “Atabank” ASC-nin aktivləri illik müqayisədə 7,2% azalaraq 2019-ci il yanvarın 1-nə 581 110 min manat təşkil edib.

“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi ( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 7,2% azalaraq bu il yanvarın 1-nə 385 596 min manata düşüb. Cəmi öhdəliklər illik 8,5% azalaraq 438 580 min manat, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 6,5% azalaraq 307 951 min manat olub. AMB-nin banka qarşı tələbləri illik dəyişməyərək 2019-ci il yanvarın 1-nə 20,0 mln. manat səviyyəsində qalıb. 2018-ci ilin sonuna bankın nizamnamə kapitalı 120,0 mln. manat, cəmi kapitalı 142 530 min manat təşkil edib.

Bank 2018-ci il ərzində 66,5 min manat xalis mənfəət əldə edib ki, bu da 2017-ci illə müqayisədə 5,5 dəfə azalma deməkdir. 2018-ci ildə bankın faiz gəlirləri 40 358 min manat, qeyri-faiz gəlirləri 5 192 min manat, faiz xərcləri 25 045 min manat, qeyri-faiz xərcləri 26 288 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi