“Atabank”ın əmlakı hərraca çıxarılır

“Atabank”ın əmlakı hərraca çıxarılır Fevralın 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Maliyyə
6 Fevral , 2024 16:09
“Atabank”ın əmlakı hərraca çıxarılır

Fevralın 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 53 (Yeni qaydalara görə, Vunqtau küçəsi, 6B) ünvanında yerləşən dəyəri 190 min manat olan qeyri-yaşayış sahəsindən gedir.

Xatırladaq ki, "Atabank"ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə ləğv edilib.

Son xəbərlər

Orphus sistemi