"Atabank" ilə "Unionpay International Co." arasında saziş imzalanıb

"Atabank" ilə "Unionpay International Co." arasında saziş imzalanıb Sənəd ticarətin inkişafı və stimullaşdırılması məqsədi ilə imzalanıb
Maliyyə
28 Avqust , 2017 15:43
Atabank ilə Unionpay International Co. arasında saziş imzalanıb
Report.az

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Bakıda "Atabank" ASC ilə "Unionpay International Co." MMC arasında razılaşma imzalanıb.

"Report" xəbər verir ki, razılaşma ticarətin inkişafı və stimullaşdırılması məqsədi ilə imzalanıb.

Müqaviləni "Atabank"ın İdarə Heyətinin sədri Dəyanət Quliyev, "Unionpay International Co."-nun biznesin inkişafı üzrə baş direktoru Vanq Lixin (Wang Lixin) imzalayıblar.

"UnionPay" dünyanın 162 ölkəsində fəaliyyət göstərir. Kartlarının ümumi sayı 5 mlrd.-dan artıqdır. Bunlardan 70 milyonu Çin sərhədlərindən kənarda, dünyanın 40 ölkəsində emissiya olunub.

Son xəbərlər

Orphus sistemi