"Atabank"da kadr dəyişikliyi baş verib

"Atabank"da kadr dəyişikliyi baş verib Bankın departamentlərindən birinin rəhbəri dəyişib
Maliyyə
866
3 Oktyabr , 2016 14:16
Atabankda kadr dəyişikliyi baş verib

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Atabank" ASC-nin Təşkilati işlər Departamentinin direktoru Azər Babayev işdən çıxıb. 

Bu barədə "Report"a bankdan bildirilib.

Məlumata görə, onun yerinə Nəsimi Kərimov təyin edilib. O, bundan əvvəl "Atabank"ın Filiallarla iş Departamentinin direktoru olub. Hələ ki, bu departamentin rəhbəri vəzifəsi vakantdır.

Xatırladaq ki, "Atabank" 1993-cü ildə yaradılıb, "AtaHolding" MMC-yə daxildir. Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Səhmlərin 76%-i adı çəkilən Holdinqə, 15,88%-i Əşrəf Kamil oğlu Kamilova (Bankın Müşahidə Şurasının (MŞ) sədri, Holdinqin MŞ sədrinin I müavini), 8,12%-i Mahir Əhmədağa oğlu Rəfiyevə (vergilər nazirinin müşaviri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi